Ölkə futbolu

“İnter” “Dinamo”nu darmadağın etdi

“İnter” PİK-in Uşaq Gənclər Futbol Məktəbinin 2000-ci il təvəllüdlərdən ibarət komandası “Dinamo- Batumi” klubunun 90 illiyinə həsr olunmuş futbol turnirində iştirak etmək üçün qonşu Gürcüstanda səfərdədir.

21-25 dekabr 2013-cü il tarixlərdə keçiriləcək turnirdə 8 komanda mübarizə aparır. “İnter” turnirdə keçirdiyi ilk qarşılaşmada meydandan qalib ayrılıb. Komanda “Dinamo-Batumi” klubunun qapısından 7 cavabsız top keçirib. Dünən “İnter” Gürcüstanın digər təmsilçisi “Kobuleti” komandasıyla qarşılaşıb.

Bu görüş qolsuz bərabərliklə başa çatıb. Bu gün “İnter” daha bir qarşılaşma keçirəcək. Rəqib “Gürcüstan” komandası olacaq- “Bakuriani”. Qeyd edək ki, turnirdə Azərbaycanın digər klubu “Əlincə” də iştirak edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43