Premyer Liqa

“İnter” xal itirdi, “Neftçi” “Kəpəz”lə bacarmadı – (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turuna start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, turun ilk oyun günündə 2 qarşılaşma reallaşacaq.

Günün ilk oyunu "İnter Arena"da baş tutacaq. Burada Bakının "İnter"i "Zirə"ni qəbul edəcək. Maçt saat 15:30-da start götürəcək.

Günün son matçında isə "Kəpəz" "Neftçi"nin qonağı olacaq. Tarixi derbi həmişə olduğu kimi bu dəfə də maraqla gözlənilir. İşləri heç yaxşı getməyən "Kəpəz" bu oyunda mütləq qələbə qazanıb, itirilmiş mövqeyini bərpa etməlidir. "Neftçi" isə 6-cı pillədəki yerini möhkəmləndirmək üçün bu görüşdə "Kəpəz"ə şans verməməlidir.

18 fevral (şənbə)

15:30.“İnter” – “Zirə”  1:1
Qol: Denis Silva Kruz, 40 (0:1); Rauf Əliyev, 47 (1:1)

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov

"İnter Arena"

18:00.“Neftçi” – “Kəpəz”  0:0
 

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev

8-ci kilometr qəsəbə stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 18 13 3 2 32-8 42
2 Qəbələ 18 11 6 1 36-10 39
3 İnter 18 8 8 2 29-18 32
4 Sumqayıt 18 5 7 6 19-23 22
5 Zirə 18 6 4 8 16-20 22
6 Neftçi 18 5 1 12 14-33 16
7 Kəpəz 18 3 6 9 12-22 15
8 AZAL 18 1 5 12 8-32 8

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43