Kateqoriyasız

İslamiada: iki idmançımız mərhələ keçdi

Azərbaycanın stolüstü tennisçisi Emin Məmmədov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qələbə ilə başlayıb.

İdmanxeber.az xəbər verir ki, o, kişilərin şəxsi yarışında ilk görüşünü Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşı keçirib. Rəqibini 3:0 hesabı ilə üstələyən Emin Məmmədov 1/16 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Maldiv idmançısı Məhəmməd Şəffan İsmayıl olacaq.

Digər idmançımız Adil Əhmədzadə rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1/8 final mərhələsinə adlayıb.

Bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43