Kateqoriyasız

“Araz Naxçıvan”ın yoxlama oyunlarındakı rəqibləri bilindi – ADLAR

Yeni mövsümdən I Divizionda çıxış edəcək “Araz Naxçıvan” hazırlıqlarını davam etdirir.

Klubun baş məşqçisi Azər Bağırovun İdmanxeber.az-a verdiyi məlumata görə, komanda dünəndən Türkiyənin Ərzurum şəhərindədir. Naxçıvan təmsilçisi avqustun 6-dan 16-dək burada təlim-məşq toplanışında olacaq.

Naxçıvan klubu hazırlıq çərçivəsində 6 yoxlama görüşü keçirəcək. Bunlar Türkiyənin ikinci liqa təmsilçisi “Amasyaspor” la yanaşı, 3-cü liqada çıxış edən “Erzincanspor”, “Artvin Hopaspor”, “Karakoçan”, “Elazığspor” və “Erbaaspor”dur.

Qeyd edək ki, I Divizion avqustun 24-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43