Kateqoriyasız

“Qalatasaray” azarkeşlərini sevindirəcək xəbər

“Qalatasaray” klubu heyətini yeni futbolçularla gücləndirib.

İdmanxeber.az verir ki, İstanbul təmsilçisi azad agent olan hücumçu Dris Mertens və “Arsenal”dan Lukas Torreyranı heyətinə qatıb. Hər iki futbolçu “sarı-qırmızılar”a keçidini tamamlamaq üçün İstanbula gəlib.

“Cim-bom” Mertenslə 1+1, Torreyra ilə isə 3+1 illik müqavilə imzalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43