Kateqoriyasız

İsrafilov oynadı, “Albasete” uduzdu

İspaniya 2-ci liqasında 18-ci turun oyunları keçirilib.

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kastelyon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.

“Albasete” 18 oyuna topladığı 11 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43