Kateqoriyasız Ölkə futbolu

“Kəpəz” “Qəbələ”dən futbolçu transfer etdi

Yeni mövsümdə birinci divizionda çıxış edəcək “Kəpəz” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi “Qəbələ”dən Vüsal Məsimovu transfer edib.

Məsimov ötən mövsümü icarə əsasında “Turan Tovuz”da keçirib.

21 yaşlı futbolçu müdafiəçi mövqeyində oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43