Ölkə futbolu

Kamran Ağayev “Qəbələ”nin məşqində iştirak etmədi- FOTOLAR

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək “Qəbələ” bu gün qonşu ölkədə ilk məşqinə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun başçılığı altında baş tutan məşqə yeni transferlər – Rəşad Sadiqov və Aleksey Qayla yanaşı uzun zamandır zədə üzündən yaşıl meydanlardan uzaq düşən Ruslan Əmircanov və Viktor Mendi də qatılıb. Qapıçı Kamran Ağayev xəstəlik səbəbindən məşqdə iştirak etməyib.

Günü bir məşqlə qapayan komanda toplu və topsuz çalışmalar yerinə yetirib. Komanda hazırlıq prosesini gündəlik iki məşqlə davam etdirəcək.











İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43