İdman

Kamran və Emin autsayderə qarşı

Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” bu gün Portuqaliya çempionatında növbəti matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Portu təmsilçisi səfərdə autsayder “Tondela”nın qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Bu matçda Ağayevin start heyətində, Mahmudovun isə ilk dəqiqələrdən ehtiyat oyunçular skamiyasında oturacağı gözlənilir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43