İdman

“Kəpəz”in sabiq futbolçusuna doğma klubunda vəzifə verildi

Hər gün vəzifə dəyişikliyinin baş verdiyi “Kəpəz”də daha bir yenilik olub.

İdmanxeber.com-un məlumatına görə, əvəzedici komandanın baş məşqçisi və “Kəpəz”in aşağı yaş qrupları üzrə koordinatoru Azər Məmmədovun istefasından sonra “dubl”un çalışdırıcısının adına aydınlıq gəlsə də, (Ceyhun Tanrıverdiyev) uşaq futboluna təyinat yaxın günlərdə olacaq. Bu posta “Kəpəz”in sabiq futbolçusu Mətləb Məmmədov gətiriləcək.

Mətləb Məmmədov buna qədər “Kəpəz”in 16 yaşlılardan ibarət komandasını çalışdırıb. Daha əvvəl isə I Divizionda “Mil Muğan”ın baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43