Kateqoriyasız

“Klub çətin vəziyyətə düşüb” – “Sabah”ın baş məşqçisi

“Sabah”ın baş məşqçisi Murad Musayev sabiq klubu “Krasnodar”a qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis sports.ru-ya açıqlamasında bu məlumatları təkzib edib:

“Xeyr, bu xəbərlər doğru deyil. Klub çətin vəziyyətə düşüb. “Krasnodar”a gələcəkdə güc və uğurlar arzulayıram”.

Musayev ötən ilin oktyabr ayından “Sabah”ı çalışdırır. O, 2017-2021-ci illərdə “Krasnodar”ın baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43