Ölkə futbolu

Klublarımızdan bayram təbriki: “Simurq”dan fərqli addım

“Xəzər Lənkəran” 

“Xəzər Lənkəran” Futbol Klubu hər bir kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir!

Yeni 2015-ci ilin müsbət mənada yenilənmə və inkişaf gətirməsini, xoşbəxt, qürurverici, sevincli anların çox olmasını diləyirik!

Bayramlarınız mübarək!

“Neftçi”

“Neftçi” PFK Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir. Yeni ildə hər kəsə can sağlığı,uzun ömür və xoşbəxtlik arzulayır!

“İnter”

“İnter” PİK-in rəhbərliyi Azərbaycan xalqını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə səmimi qəlbdən təbrik edir.

Yeni ildə hamıya cansağlığı və xoşbəxtlik arzulayır.

Bayramınız mübarək!

“Bakı”

“Bakı” futbol klubu xalqımızı dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni 2015-ci il münasibəti ilə təbrik edir!

Qarşıdan gələn 2015-cü ildə hər birinizə və Azərbaycan xalqına bolluq, əminamanlıq, saədət arzulayırıq.

AZAL

AZAL Peşəkar Futbol Klubunun kollektivi xalqımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, firavan və xoşbəxt həyat, yeni ildə həmrəy olmağı və yeni-yeni nailiyyətlər arzulayır.

Bayramlarınız mübarək olsun!

“Sumqayıt”

“Sumqayıt” Futbol Klubu Azərbaycan xalqını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımıza xoşbəxtlik və firavan həyat arzulayır.

Bu bayramların gətirdiyi sevincin bütün il boyu sizinlə olması diləyi ilə…

Bayramınız mübarək!

“Qarabağ”

`Qarabağ` Futbol Klubunun kollektivi Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edir. Xalqımıza yeni ildə daim sevincli günlər, xoş arzuların çin olması, xoşbəxtlik, rifah və firavanlıqla dolu həyat arzulayır. Arzu edirik ki, yeni ildə həmrəyliyimiz sevincimizə şərik olsun, könüllərimiz daim bayramla dolsun…

“Qəbələ”

“Qəbələ” İdman Klubunun kollektivi Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir. Yeni ildə Xalqımıza həmrəy olmağı və bütün sahələrdə yeni uğurlar qazanmağı arzulayır.

BAYRAMINIZ MÜBARƏK!!!

“Simurq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43