İdman

Klublarımızın Çempionlar Liqasında rəqibləri müəyyənləşdi

Azərbaycanın qadın voleyboçulardan ibarət klublarının Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib.

İdmanxeber.com məluatına görə, komandalarımızın rəqibləri bunlardır:

А qrupu: “Azərreyl” (Azərbaycan), “Alyans Ştutqart” (Almaniya), “Lokomotiv” (Azərbaycan), “Dinamo” (Kazan, Rusiya).

E qrupu: “Telekom” (Azərbaycan), “Drezdner” (Almaniya), “İmpel Vrotslav” (Polşa), “Fənərbağça” (Türkiyə).

Qeyd edək ki, qrup mərhələsinin ilk oyunları oktyabrın sonunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43