Dünya futbolu

“Liverpul” Kasilyası transfer edir

“Liverpul” “Portu”nun qolkiperi İker Kasilyası heyətinə qatmaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, yeni mövsüm Çempionlar Liqasında çıxış edəcək “qırmızılar” çərçivəni Kasilyasa həvalə etmək istəyir. 36 yaşlı qolkiperin “Portu”dan ayrılacağı gözlənilir.

AS qəzetinin məlumatına görə, Liverpul” Kasilyasa müqavilə təklif edib və İspaniya millisinin üzvü bu təklifi qəbul etmək barədə düşünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43