Dünya futbolu

Luçesku Arda Turanı milliyə qaytarır

Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku Arda Turanı komandaya qaytarır.

İdmanxeber.com-un məlumatına görə, o, bu barədə açıqlamasında Arda ilə danışıb, ondan milli komandaya qayıtmasını istəyəcək.

“Bilirəm ki, bir neçə futbolçu ilə problem olub. Mənim məqsədim onlara milli komandaya xidmət etməyi başa salmaqdır. Arda ilə danışacağam. Bilirəm ki, o çox fikir edir. Milli komandanın da ona ehtiyacı var”, – deyə Luçesku bildirib.

Xatırladaq ki, Arda Makedoniya  (0:0) ilə oyundan sonra jurnalistə hücum etdiyinə görə qovulmuşdu.

Həmin hadisədən sonra o, millidə karyerasını bitirdiyini elan etmiş və Kosova (4:1) ilə oyunu buraxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43