Kateqoriyasız

“Mançester Yunayted” və “Çelsi”nin arzusunu ürəyində qoyan mütəxəssis

İngiltərənin“Sauthempton” klubunun baş məşqçisi Ronald Kuman maraqlı açıqlamaları ilə diqqət çəkib.

İdmanxeber.com-un məlumatına görə, holland mütəxəssis açıqlamalarında əsasən ulduz futbolçuları Sadio Mane haqda danışıb.

Yanvar ayında futbolçunun satılmayacağını iddia edən Kuman:

“Deyilənlərin heç bir mahiyyəti yoxdu. Kimisə satmaq fikrində deyilik. Ola bilər çempionat komandaları bizdən futbolçu almaq istəyirlər, ancaq bunların heç biri yanvar ayında baş verməyəcək” – deyə məşqçi “Çelsi” və “Mançester Yunayted”in transfer ümidlərinin üstündən xətt çəkib.

Qeyd edək ki, seneqallı qolçu bu mövsüm çıxdığı 17 matç ərzində 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard ilə “Çelsi” və “Mançester Yunayted” klubu yaxından maraqlanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43