Dünya futbolu

“Mançester Yunayted”dən Ronaldo üçün 200 milyon avro

“Real”ın futbolçusu Kriştiano Ronaldo yenidən “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, İngiltərə klubu portuqaliyalı hücumçunu transfer etməyə qərar verib. “MY”nın Madrid təmsilçisinə 200 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, K.Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib. O, daha sonra 94 milyon avroya “Real”a transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43