Dünyadan

Məşhur klubun ofisini ələ keçirdilər

Ukraynanın “Şaxtyor” klubunun ofisi bir qrup şəxs tərəfindən ələ keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Donetsk təmsilçisinin rəsmi saytında yerləşdirlən xəbərdə bildirilir: “Şaxtyor” klubunun Donetsk, Artyom 86a küçəsində yerləşən ofisi silahlı insanlar tərəfindən tutulub. Hadisə ilə bağlı araşdırma aparılır”.

Ukraynanın ən varlı insanlarından biri olan Rinat Axmetova məxsus “Şaxtyor” klubunun “Donbask Arena” stadionu avqustun 23-də atəş nəticəsində qismən dağıdılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43