Dünya futbolu

Məsut Özil oynamayacaq

“Arsenal”ın futbolçusu Məsut Özil İngiltərə Premyer Liqasının 27-ci turunda “Liverpul”la oyunu buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, türkəsilli oyunçu qarşılaşma öncəsi xəstələnib. Komandasının son məşqini buraxan Özil Liverpula aparılmayıb.

Qeyd edək ki, “Liverpul” – “Arsenal” görüşü bu gün keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43