İdman

Millimiz dünya çempionatının finalında!

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunun mərkəzi oyunu keçirilib.

İdmanxeber.com-un məlumatına görə, qrup liderinin müəyyənləşməsi baxımından əhəmiyyətli olan matçda Azərbaycan və Hollandiya yığmaları mübarizə üz-üzə gəliblər.

Öncədən millimiz üçün bu matçın çətin keçəcəyi gözlənilsə də, bu baş vermədi. Komandamız rəqibi üzərində 3:0 (30:28, 25:22, 25:13) hesablı qələbə qazanaraq, dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Beləliklə, Faiq Qarayevin komandası tarixində 4-cü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququna sahib olub. Həlledici oyunlar 2018-ci ildə Yaponiyada keçiriləcək.

Hollandiya isə pley-offda mübarizəni davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43