Kateqoriyasız

Millimizin biabır olduğu yığmanın baş məşqçisi: “Komandamla fəxr edirəm”

Azərbaycan yığması intizamlı komandadı. Birinci hissədə bizə çətin anlar yaşatdı”.

İdmanxeber.com-ın məlumatına görə, bunu Avstriyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Verner Qreqoriç deyib.

Avro-2017-nin seçmə mərhələsi çərçivəsində millimizi qəbul edən avstriyalılar 7:0 hesablı qələbəyə seviniblər. Qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Qreqoriç komandasının çıxışını yüksək qiymətləndirib: “Birinci hissədə rəqib kompakt oyun göstərdi. Biz öz tempimizdə oynayıb şansımızı gözlədik. Hər şey plana uyğun getdi. Komandamla fəxr edirəm. Hətta 4:0 hesabı ilə öndə olanda da futbolçularımız hücum etmək barədə düşünürdülər”.

Qeyd edək ki, hesabı birinci hissənin son dəqiqəsində açan Avstriya yığması fasilədən sonra 6 qol vurub. (Apasport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43