Kateqoriyasız

Millimizin hücumçusu İsveçrə klubunda – RƏSMİ

“Vulverhempton”un və Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını İsveçrədə davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 23 yaşlı hücumçu “Qrasshopper”ə keçib. Bu barədə Sürix klubunun mətbuat xidməti məlumat yayıb. Dadaşovla 2+1 illik müqavilə imzalanıb.

Forvard ötən mövsümü icarə əsasında Portuqaliya “Tondela”sında keçirib.

Renat Azərbaycan millisində 18 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43