Ölkə futbolu

Millimizin üzvü NEK klubuna keçib

O, “Den Boş”dan ayrılıb.

 Hollandiya mətbuatının yaydığı məlumata görə, U-21 millimizin üzvü Ziya Əzizov “Den Boş” klubundan ayrılaraq NEK komandasına transfer olunub. Transferin müqavilə müddəti və şərtləri ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, “Den Boş”un yetirməsi olan Əzizov U-17, U-19 və U-20 millilmizdə də çıxış edib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43