Dünyadan

Millimizin üzvü oynamadı, “Real” qələbə qazandı (VİDEO)

İspaniya La Liqasında 13-cü turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” öz meydanında “Real”la qarşılaşıb. Oyun Madrid klubunun qələbəsi ilə yekunlaşıb – 2:0.

İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Eybar” hazırda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43