Dünya futbolu

Millimizin üzvü zədələndi

Türkiyə Super Liqasında 27-ci tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubu doğma meydanında “Karabükspor”la qarşılaşacaq. Sözügedən qarşılaşmada Dəniz iştirak edə bilməyəcək. Buna səbəb forvardın dizindən zədələnməsi olub.

Millimizin üzvünü hansı müddətə sıradan çıxdığı məlum deyil.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43