Dünya futbolu

Millinin baş məşqçisi istefa verdi: “Rəhbərlik istefamı müzakirə edəcək”

Xorvatiya millisinin baş məşqçisi İqor Ştimats istefa verib.

Buna səbəb komandanın uğursuz çıxışı olub. Çalışdırıcı bu xəbəri açıqlamasında da təqsdiqləyib.

 “Mən federasiya prezidentindən son nəticələr və yığma ətrafındakı vəziyyətlə əlaqədar istefaya göndərilməyimi xahiş etmişəm. “Pley-off”a çıxmağımız vacib deyil. Məsuliyyət daşımağa hazır olduğumu göstərmək istəyirəm. Federasiya daxilində kimsə mənə inanmırsa, ona vəziyyəti düzəltmək üçün şans verməyə hazıram. Rəhbərlik istefamı müzakirə edəcək. Deyəsən, “pley-off”da oynayacağımızdan razı deyillər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43