Kateqoriyasız

Muarem Muarem: “Qurban Qurbanov oyundan sonra bizi təbrik etdi”

"Qələbə qazanmq üçün oynuyurduq, birinci hissədə alınmadı. Rəqib çox yaxşı hazırlaşmışdı. Təbrik edirəm. İkinci hissədə çox yaxşı oynadıq amma olmadı. Gələn həftəyə səhvimizi düzəldəcəyik".

Bu sözləri "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olan "Qarabağ"ın futbolçusu Muarem Muarem İdmanxeber.com-a açıqlamasında deyib:

"Bizim üçün bütün oyunlar çətin keçir. Bu qırağdan asan görünə bilər. Hələki özümüzü çempion hesab etmirik. 9 xal fərq var idi, 1 oyun uduzduq fərq 6-ya düşdü. Hələ qarşıda oyunlarımız var və indidən çempionluq haqda nəsə demək tezdi."

Muarem Qurban Qurbanovun matçdan sonra onları təbrik etdiyini söyləyib:

"Qurbanov oyundan sonra bizi təbrik etdi. İkinci hissədə çox yaxşı oynadıq deyə."


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43