Ölkə futbolu

Mustafa Dənizli Xocalı soyqırımını anlatdı

Topaz Premyer Liqasının XXIV turunda “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.  “Ağ-yaşıllar” bu gün saat 11:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb.

Hazırlıq prosesindən əvvəl komandanın toplantısı keçirilib. Toplantıda Xocalı faciəsi anılıb. Baş məşqçi Mustafa Dənizlinin Xocalı soyqırımı haqqında ətraflı çıxışı və komandanın tərcüməçisi Elvar Quliyevin də baş məşqçinin dediklərinə bəzi tarixi faktları əlavə etməsi legioner futbolçuları çox təsirləndirib. Eyni zamanda, Dənizlinin Xocalı soyqırımı barədə bu qədər geniş informasiyaya malik olması stadion əməkdaşlarını heyrətləndirib.

Qeyd edək ki, dünən olduğu kimi, bu gün də zədəli futbolçular – Rasim Ramaldanov, Rahid Əmirquliyev və Etame Mbilla məşqdə iştirak edə bilməyiblər.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43