Kateqoriyasız

Nazarov het-trik etdi, komandası darmadağın oldu

Almaniya II Bundesliqasında XXXII turun oyunları keçirilib.

Azərbaycan millisinin üzvü Dmitri Nazaovun formasını geyindiyi “Ersgebirge” öz meydanında “Paderborn”a uduzub – 3:8. Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 77-ci dəqiqədə əvəzlənib.

Komandasının bütün qolların da milli üzvü vurub. 1 və 4-cü dəqiqələrdə Aue təmsilçisini hesabda 2:0 önə keçirən topları vuran Nazarov bir də 56-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

41 xalı olan “Ersgebirge” 18 komanda arasında 11-cidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43