İdman

“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirir (ÖZƏL)

Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" heyətinə ilk legioneri əlavə etməyə çox yaxındı.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, komandanın düşərgəsinə yeni futbolçu gəlib. Belə ki, Maltanın "Hibernians" klubunun futbolçusu Renan Telles "ağ-qaralar"ın düşərgəsində baxışdadı. Əgər futbolçu Elxan Abdullayevi qane edərsə, onunla müqavilə imzalanacaq. Maraqlıdı ki, futbolçunun "Neftçi"yə keçidi alınmasa, o, "Səbail"ə transfer ediləcək. 

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "Hibernians"ın şərəfin qoruyur. "Transfermarkt" sözügedən futbolçuya 75 min avro qiymət qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43