Ölkə futbolu

“Neftçi” transfer etmək istədiyi braziliyalı ilə bağlı qərarını son 24 saatda verəcək

"Neftçi" klubunun heyətinə Kaue Sesilyo da Silvanı cəlb edəcəyi haqdaxəbər yayılmışdı.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi haqda son qərar sabah veriləcək.

Paytaxt klubu Rumıniya "Vaslui"sindən transfer etmək istədiyi braziliyalı ilə bağlı son qərarı məhz 24 saatdan sonra açıqlayacaq.

Qeyd edək ki, Kaue "Qama", Portuqaliyanın "Leyxoes" və "Olhanense" klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43