İdman

“Neftçi” – “Zirə” matçının biletləri nə vaxt satışa çıxarılır?

“Neftçi” – “Zirə” oyununun biletləri sabah satışa çıxarılacaq.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri fevralın 24-də satışa çıxarılacaq. Qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri “Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopumuzdan əldə etmək mümkündür.

Qeyd edək ki, fevralın 24-də “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43