Kateqoriyasız

“Neftçi”də yeni müqavilə

“Neftçi” Namik Ələskərovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya görə, 24 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, Namik 2016-2019-cu illər ərzində “Neftçi”nin heyətində 70 oyuna çıxıb, 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43