Dünya futbolu

“Neftçi”də ciddi itkilər

Azərbaycan Premyer Liqasının XXV turunda “Kəpəz”in qonağı olacaq “Neftçi”nin heyətində itkilər var.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın 2 futbolçusu Gəncədə keçiriləcək matçda meydana çıxa bilməyəcək. Pavel Dreksa və Kiril Petrovun zədə səbəbindən “sarı-göylər”lə matçda meydanda olmayacağı dəqiqdir.

Qeyd edək ki, aprelin 9-da keçiriləcək “Kəpəz” – “Neftçi” qarşılaşması saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43