İdman

“Neftçi”də yeni təyinat

“Neftçi”nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, oktyabrın 1-dən etibarən “Neftçi”nin mətbuat xidmətinə Anar Şabanoğlu rəhbərlik edəcək. O, bu vəzifədə Rüstəm Əfsərlini əvəz edəcək.

Qeyd edək ki, 18 ildir jurnalist kimi fəaliyyət göstərən Anar Şabanoğlu “Futbol+”, “İdman”, “525-ci qəzet”də, həmçinin “CBC Sport” telekanalında çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43