“Neftçi”dən ayrılan Georgi Navalovskinin Rusiyanın “SKA-Xabarovsk” klubuna keçidi rəsmiləşib.
İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı futbolçu ilə azad agent kimi anlaşma əldə olunub.
O, karyerası ərzində üçüncü dəfə bu komandanın formasını geyinəcək. Gürcüstan millisinin üzvü əvvəllər 2012/13 mövsümünün ikinci yarısında, 2013/14 mövsümündə bütövlükdə və 2015/16 mövsümünün ikinci yarısında SKA-nın uğurları üçün çalışıb.
Müdafiəçi SKA-da ilinə 300 min dollar qazanacaq. Komanda çempionatda qalsa, gürcüstanlı futbolçuya 100 min dollar mükafat verəcək.
Qeyd edək ki, Navalovski “Neftçi”yə ötən mövsümün ikinci yarısında “Veria”dan transfer olunmuşd