Ölkə futbolu

“Neftçi”nin futbolçuları sürət və dözümlülük testindən keçdilər- FOTOLAR

“Neftçi” PFK-nın 15 yaşlı futbolçulardan ibarət komandası “Bayıl Arena”da sürət və dözümlülük testindən keçiblər. Təlimə AFFA İcraiyyə Komitəsinin qərarı ilə “Neftçi”nin yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen, klubun aşağı yaş qrupu komandalarının koordinatoru Asif Əliyev və seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov rəhbərlik ediblər. Futbolçular 30 və 60 metr məsafəyə qaçışda yoxlanıblar. Qeyd edək ki, oxşar təlimlər mütəmadi şəkildə təşkil olunacaq və futbolçuların hazırlıq səviyyəsi dəqiqliklə qiymətləndiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43