Milli komanda

“Nəticə kimi qane etmirsə əlini qaldırsın” – Rövnəq Abdullayev

“Hamımız sevincliyik. Qələbə kimi qane etməyə bilər? Nəticə kimi qane etmirsə əlini qaldırsın”.

İdmanxeber.com-un məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirdiyi Norveçlə matçdan sonra deyib.

Qurum rəsmisi sevincini gizlətməyib:

“İki oyundan 6 xal yığmışıq və ilk pillədəyik. Çox sevinirəm. Azərbaycan tarixində belə şey olmayıb. Seçmə mərhələni başlayanda, şüarımız bu idi – “niyə də yox!?” Elə indi də deyirik ki, niyə də yox!?”



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43