Milli komanda

Norveçin baş məşqçisi: “Azərbaycanla oyun həndbol matçına bənzəyirdi”

“Biz daha çox qol vurmalıydıq”

Norveç U-21 millisinin baş məşqçisi Leif Qunnar Azərbaycanla keçirilən oyunlar barəsində ölkə mətbuatına danışıb. O, millimizin ancaq müdafiə olunduğunu bildirib:

“Qarşılaşma daim rəqibin cərimə meydançasında oynandı. Çünki, onlar ancaq müdafiə olunurdular. Bu sanki həndbol matçına bənzəyirdi. Bu cür oyunla biz daha çox qol vurmalıydıq”.

Qeyd edək ki, Norveç -Azərbaycan matçı1:1 hesabı ilə sona çatıb. Millimizn qolunu penlatidən Fəhmin Muradbəyli vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43