İdman

Növbəti mərhələyə vəsiqə qazanan boksçumuz: “İlk görüşümdə ona məğlub olmuşdum”

“Təşkilatçılıq yüksək səviyyədədir. Ona görə də dünyanın 4 yanından ulduzlar bura toplaşıb.”

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Bakı-2015” Avropa Olimpiya oyunlarının  boks yarışlarında 60 kq-da mübarizə aparan və 1/8 finalda finlandiyalı idmançını məğlub edərək  1/4 finala vəsiq qazanan idmançımız Yana Alekseyevna deyib:

“Görüşdən öncə özümü fovarit saymırdım. Hər şey görüşdən, məşqçimdən və məndən aslıdır. Rəqibimlə ikinci görüşüm idi. İlk görüşümdə ona məğlub olmuşdum. Bu gün mənə çox güclü dəstək var idi, mən bugünə kimi belə dəstək görməmişdim. Mənə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm.”  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43