Ölkə futbolu

Onlar da finala hazırdı: “Neftçi” ilə oyun bizim üçün yaxşı məşq olacaq” (SORĞU)

Bu gün Azərbaycan kubokunda final həyəcanı yaşanacaq. Həlledici matçda çempion “Qarabağ” Avropa Liqasında mübarizə aparacaq “Neftçi”ni qonaq edəcək.

Final öncəsi kər iki klubun azarkeş qruplarının bu matça hazırlıqları haqda maraqlandıq.

Elnur Quliyev (“İmarət”in idarə heyətinin üzvü): “Çalışacağıq ki, rəqib azarkeşdən üstün olaq. Bizim qərarlaşacağımız 6-cı sektora artıq 300 bilet satılıb. Ümid edirik ki, oyun saatına kimi bu göstərici 500 olacaq. Bundan başqa bu matçla bağlı daha böyük planımız var. Hər kəs görəcək bunu. Qoy sürpriz olaraq qalsın.Sonda sizin saytın vasitəsi ilə azarkeşlərə səslənirəm ki, stadiona gəlsinlər. “Neftçi” ilə oyun bizim üçün yaxşı məşq olacaq”.

Sübhan Əliyev (“Forza”): “Final matçına hazırıq. Təbii ki, bu oyunda daha fərqli olacağıq. İnanırıq ki, kuboku “Neftçi” qazanacaq”.

Vasif Acalov (“Ladies of “Qarabağ”):Oyuna təxminən 10 gün qalmış “facebook”da elan verdik. “Fan-klub”un ali təhsil ocaqlarında oxuyan koordinasiya üzvləri universitetlərdə bununla bağlı öz missiyalarını həyata keçirdirlər.  Bundan əlavə qeyd etmək istərdim k,i “Neftçi”nin xanım azarkeşləri də bizimlə eyni sektorda əyləşə bilərlər. Bunu etməkdə məqsədimiz odur ki, azarkeş mədəniyyəti formalaşsın. Təxminən 50 nəfərə yaxın xanım azarkeşlə komandamıza dəstək olacağıq”

Nurlan Cəfərov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43