Premyer Liqa

Premyer Liqamızda mövsümün antirekordu

Premyer Liqamızın 17-ci turunda cəmi 6 qol vurulub. 

Idmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, orta məhsuldarlıq 1,50-yə bərabər olub. Bu, mövsümün antirekordudur. Daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən çempionatın 21-ci turunda təsadüf olunub. Həmin vaxt 4 görüşdə cəmi 5 qol vurulub. Məhsuldarlıq 1,25-ə bərabər olub.

Qeyd edək ki, “Sabah”ın “Neftçi”yə, “Səbail”in “Zirə”yə eyni – 0:1 hesabı ilə, “Sumqayıt”ın “Qəbələ”yə 0:4 hesabı ilə uduzduğu turda “Keşlə” və “Qarabağ” qolsuz sülhə imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43