Kateqoriyasız

“Proqramımızda dəyişiklik etdik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə (Plzen) Çexiyada keçirəcəkləri cavab matçı barədə danışıb.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib:

“Hər şey yolunda və qaydasındadır. Təkcə bizə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır. Hazırlığımız pis alınmayıb. “Turan Tovuz”la Premyer Liqanın 3-cü turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq”.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43