Milli komanda

Prosineçki: “Malta ilə matç üçün Kamrana da təklif göndərəcəyəm”

Millimizin baş məşqçisi Robert Prosineçki “Bakı-2015″in çimərlik futbolu yarışlarının bu gün keçirilən püşkatma mərasiminə qatılıb.

İdmanxeber.com-un məlumatına görə,  milli komandamızın baş məşqçisi Malta ilə oyunda millimizin qapısını kimin qoruyacağı barədə suallara da aydınlıq gətirib:

“İnter”in qapıçısı Səlahət Ağayev əla formamdadır. Lakin qeyd etməliyəm ki, Kamran Ağayev də artıq əvvəlki formasına qayıdır. “Kayserispor” son 2 çempionat oyununda və “Beşiktaş”a qarşı keçirilən kubok oyununda 90 dəqiqə meydanda olub. Malta ilə matç üçün Kamrana da təklif göndərəcəyəm. Martın 22-də başlanacaq hazırlıqlardan sonra qapıda kimin dayanacağını müəyyənləşdirəcəyəm. Heyəti ayın 19-da açıqlayacağam, dəvət etdiyim futbolçular klublarında  daim oynayan futbolçular olacaq.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43