Kateqoriyasız

PSJ və “Benfika” qələbə qazandı

Çempionlar Liqasında fasilə başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsinin oyunlarına start verilib.

İlk oyun günündə iki oyun keçirilib.

Fransada PSJ İngiltərənin "Çelsi" klubunu, Portuqaliyada yerli "Benfika" komandası isə Rusiya "Zenit"ini məğlub edib.

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 1/8 final mərhələsinin digər iki oyunu sabah keçiriləcək.

16 fevral

Çempionlar Liqası, 1/8 final

PSJ (Fransa) – “Çelsi” (İngiltərə) – 2:1

Qollar: İbrahimoviç, 39, Kavani, 78 – Obi Mikel, 45+1

 

“Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) – 1:0

Qol: Xonas, 90+1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43