Dünyadan

“Qalatasaray” “Arsenal”ın hücumçusu ilə danışıqlara başladı – FOTO

Qalatasaray”ın baş məşqçisi Roberto Mançini yeni mövsümün planlarını qurur.

İdmanxeber.com-un məlumatına görə, italiyalı çalışdırıcı rəhbərlikdən ulduz futbolçu transferini istəyib. Artıq “Cim-Bom” tərəfi də ilk addımları atıb.

Belə ki, “sarı-qırmızılılar”ın meneceri Muzzi Özcan “Arsenal”ın ulduzu Olivye Jiru ilə restoranların birində görüntülənib. London klubunun hücumçusunun “Qalatasaray” variantına müsbət baxdığı iddia edilir. 

Hətta Türkiyə mətbuatında tərəflərin müqavilə məsələsində razılığa gəldiyi xəbərini də yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43