Dünya futbolu

“Qalatasaray” azarkeşləri üçün şad xəbər: Falkao müqaviləyə imzalamağa gəlir

“Qalatasaray” bir müddətdir ki, heyətinə qatmağa çalışdığı Radamel Falkao məsələsində xoşbəxt sonluğa vardı.

İdmanxeber.az “A Spor”a istinadən xəbər verir ki, “Cim-Bom” kolumbiyalı ulduz futbolçunun “hə”sini alıb. Təcrübəli futbolçu ilə ilk razılıq əldə olunub və onun yaxın zamanlarda Türkiyəyə gələrək rəsmi müqavilə imzalanması gözlənilir.

Bundan başqa “Qalatasaray” Dəniz Türüclə də anlaşıb. Onunla 3.5 illik müqavilə imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43