Bu gün Türkiyə Super Liqasında III tura start verilib.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Qalatasaray” səfərdə “Ümraniyespor”la üz-üzə gəlib. Matç qonaqların minimal hesablı qələbəsiylə başa çatıb. Yeganə qolu 86-cı dəqiqədə Bafetimbi Qomis vurub.
Turun digər görüşləri avqustun 20 və 21-də keçiriləcək.
Türkiyə Super Liqası
III tur
19 avqust
Ümraniyespor – Qalatasaray – 0:1
Qol: B.Qomis, 86