İdman

“Qarabağ” əcnəbi futbolçu transfer edir

“Qarabağ”  əcnəbi futbolçu transfer edə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “The Herald” xəbər yayıb. Mənbə bildirir ki, Cənubi Afrika Respublikasının “Mamelodu Sandaunz” klubunun üzvü Xama Billiat Ağdam klubunun maraq dairəsinə düşüb. Zimbabve yığmasının forvardı klubu ilə müqaviləsini uzatmaq barədə düşünmür.

Xəbərədə “Qarabağ”ın bu futbolçuya ayda 500 min dollar verməyə hazır olduğu qeyd olunub. Billiatın satış qiyməti isə  2,5 milyon ABŞ dollarına bərabərdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43