Dünyadan

“Qarabağ” irəlilədi, “Neftçi” gerilədi

UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com -un məlumatına görə, Avroliqada ölkəmizi təmsil edən "Qarabağ" 6 pillə irəliləyərək 158-ci pilləyə yüksəlib. Təmsilçimizin aktivində  10.450 xal var. "Neftçi" isə geriləyərək 8.950 xalla 179-cu olub.

158. “Qarabağ” (+6)

175. “Neftçi” (-4)

271. “İnter” (0)

298. “Xəzər Lənkəran” (+1)

338. “Bakı” (+3)

359. “Qəbələ” (+4)

362. AZAL (+3)

Reytinq cədvəlinə yenə də Çempionlar Liqasının son qalibi “Real” (Madrid) klubu başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.

Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycanın 29-cu pillədəcə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43